SOSIAL ÖZ XƏBƏR

Azərbaycanda 14 milyonluq dövlət təşkilatı barəsində protokol hazırlandı

Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti məhkəməlik olub. 

32gun.az-a daxil olan məlumata görə, sözügedən dövlət təşkilatı gömrükdə qayda pozuntsuna yol verib. 

“Azərkontrakt” ASC barəsində İXM-nin 485.2-ci maddəsi ilə (Gömrük Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol hazırlanıb  və Yasamal Rayon Məhkəməsinə təqdim edilib. 

Bildirək ki, nizamnamə kapitalı 13 milyon 538 min 682 AZN olan “Azərkontrakt” Səhmdar Cəmiyyəti  tam təsərrüfat hesablı dövlət təşkilatıdır. Səhmdar Cəmiyyətin respublikamızın paytaxtı və digər regionlarında 14 birlik və müəssisələri fəaliyyət göstərir.

Ayxan 

Oxşar Xəbərlər