SOSIAL ÖZ XƏBƏR

Məşhur "YouTuber"in keçirdiyi ağlasığmaz yarışlar: Yarım milyonluq uduş, bahalı avtomobillər (VİDEO)

Məşhur amerikalı "YouTuber", iş adamı Jimmy Donaldson platformadakı videoları ilə izlənmə rekordları qırır.

32gun.az-ın məlumatına görə, "MrBeast" adı ilə çıxış edən 24 yaşlı "YouTuber" abunəçiləri arasından seçdiyi şəxsləri bir araya toplayaraq, müxtəlif yarışlar keçirir. Bu oyunlarda sona qalan iştirakçılar, həmçinin oyundan ayrılan iştirakçılar yarışı külli miqdarda pul və ya digər bahalı hədiyyələrlə tərk edirlər.

Bildirək ki, J.Donaldsonun "YouTube" kanalı hazırda 137 milyon abunə sayına yüksəlib. O, bu sahədə ilk fəaliyyətinə 13 yaşında olarkən, yəni 2012-ci ildə başlayıb. Eyni zamanda Donaldson öz ölkəsində yardımsevər şəxs kimi tanınır. Onun bu mözvu ilə bağlı müxtəlif videoları "YouTube" kanalında yer almaqdadır.

Nurlan Şiraliyev

"MrBeast" kanalında yayımlanan bir neçə videonu təqdim edirik:

Oxşar Xəbərlər