
"İrəvan Ermənistan, Azərbaycan və Rusiya XİN rəhbərlərinin Moskvada keçiriləcək üçtərəfli görüşünə hazırdır".
32gun.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Mətbuat konfransında çıxış edən Paşinyan, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın bu məsələni müzakirə etmək üçün Rusiyaya səfər edəcəyini qeyd edib.
"Biz görüşməyə hazırıq. Bu məsələ Moskvada müzakirə olunacaq”.
Nurlan Şiraliyev