
"Merser Trade" MMC barəsində protokol hazırlanıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi (Iqtisadi Fəaliyyət Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) ilə protokol Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə təqdim olunub.
Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi İsrail Yusubov Arzu oğludur. 28.09.2018-ci ildə dövlət qeydiyyatına alınan şirkətin hüquqi ünvanı Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov ŞTQ, Aşıq Pəri (ƏRƏBLİNKA), ev 16B-dir.
Xatırladaq ki, Bakıda “Location” gecə klubunda baş vermiş partlayışa görə, iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC administrator işləyən Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov həbs edilmişdi. Həmin şirkətlə eyni ünvanda yerləşən MMC-lərdən biri də "Merser Trade" MMC-dir.
Qeyd edək ki, “Location” gecə klubundakı partlayış ötən ilin aprel ayının 3-də baş verib.
Ayxan