HADİSƏ

BMW və “Porsche”ni atasının adına olan küçədə yandırıbmış - VIDEO

Xəbər verdiyimiz kimi, dünən Göygöl sakini Fərid Hacıyev rayon ərazisində iki lüks avtomobili yandırıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Göygöldə avtomobilləri yandıran şəxs 1-ci Qarabağ Müharibəsinin şəhidi Aydın Hacıyevin oğludur. Maraqlıdır ki, o, hadisəni də elə atasının adına olan küçədə törədib.

F.Hacıyevin əvvəllər də narkotik və digər cinayətlərə görə həbs olunduğu bildirilir.

Xatırladaq ki, ötən gün F.Hacıyev tərəfindən Göygöldə küçədə BMW və "Porsche" markalı minik avtomobilləri yandırılıb. O, şübhəli şəxs qismində saxlanılıb.

X X X

Göygöldə iki avtomobil yandırılıb.

32gun.az xəbər verir ki, bir nəfər rayon sakini “Porsche” və BMW markalı avtomobillərə yandırıcı maddə tökərək od vurub.

Hadisə yerinə dərhal FHN və Göygöl  Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, yanğın qəsdən törədilib.

Oxşar Xəbərlər