SOSIAL ÖZ XƏBƏR

"Azərbaycan öz süverenliyi uğrunda apardığı savaşda qalib gəldi"

"Azərbaycan öz süverenliyi uğrunda apardığı savaşda qalib gəldi. 

1918-ci ildən etibarən, Ermənistanla hüquqi , siyasi qonşuluğumuz qeydə alınandan bu günə kimi Azərbaycan ilk dəfə idi ki, öz sərhəd xəttini tamamladı. Biz bunu təxminən 100 il  kimi qeyd edə bilərik".

https://32gun.az/news/23801/azerbaycan-ermenistan-serhedinde-bu-sozler-yazildi-fotoBunu Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi, siyasi şərhçi Əziz Əlibəyli  Azərbaycanla Ermənistan sərhədində - Laçın dəhlizinin girişində yaradılan sərhəd-buraxılış məntəqəsinin qarşısında yeni məlumatverici lövhə quraşdırılması ilə bağlı 32gun.az-a danışarkən deyib.

"Xüsusi ilə Ermənistanla sərhəd xəttinin olması ayrıca üstünlükdür. Çünki həm 100 ildə, həm də Qarabağ mühairbəsi dönəmində sərhəd bütövlüyümüzə nail ola bilmədiyimizə görə, Ermənistan tərəfindən olan həmlələrin qarısını ala bilmədik. 

İndi isə durum dəyişdi. Azərbaycanın bu həmləsi hüquqi baxımından öz suveren ərazisində  ata biləcəyi  əsaslandırılmış addım oldu. 

Bu 10 noyabr razılaşması ilə bağlı Rusiya sülhməramlıları məsələsinə və bölgədə olan erməni terrorçuları ilə bağlı vəziyyətə də aydınlıq gətirir. Defakto hər iki gücün- terrorçu və sülhməramlı güclərinin varlığına heç bir ehtiyac qalmır. Bunla Azərbaycan üşüncü tərəf olaraq bölgəyə gələn terrorçuların, Ermənistan mövqeyini əsaslandırmağa çalışan inhisarların, onların səsi ilə çıxış edən hər bir kəsin qarşısını almış oldu. Eləcə də süni silahlanmanının qarşısını almış aldı.

Həmçinin mənə elə gəlir, bu proses Qarabağdakı inteqrasiyanın əsasını qoyacaq. 

Çünki Löhvənin asıldığı yerdə "Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz" yazısı altında Azərabycan sərhədçisinin, gömrükçüsünün Ermənistan tərəfdən daxil olan hər kəsdən pasport istəmək hüququ yaranır. 

Bu da bölgədə qeyri-qanuni şəkildə məskunlaşmış şəxslərin oradan çıxmasına və Azərbaycan vətəndaşlığını qəbul etmiş ermənilərin qalmasına ərait yaratmış olur. 

Bu mənzərə sülh əldə etmək üçün atılan addımın ən mühümüdür. 

Mənə elə gəlir ki, Paşinyan üçün də çox ciddi üstünlük yaratdı. Belə ki, o dərhal öz cəmiyyətinə təqdim edə biləcək ki, artıq vəziyyətlə barışmalıyıq. Həmçinin Azərbaycanın təqdim etdiyi 5 prinsiplərin içərisində yer alan "Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır" bəndinin də icrasıdır" -deyə ekpert bildirib.

Ayxan 

 

 

Oxşar Xəbərlər