HADİSƏ

Yanan meyitlər çıxarılır - Bakıda gecə saatlarında dəhşət (FOTOLAR)

Binəqədidə baş verən qəzada ölənlərin sayı üçə çatıb.

APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, FHN-in xüsusi riskli xilasetməl xidməti həlak olan üçüncü şəxsin cəsədini yanmış avtomobildən çıxarıb.

***

22.18

Bu gün saat 21:14 radələrində paytaxtın Binəqədi rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Baş DYP İdarəsindən APA-ya verilən məlumata görə, “VAZ-2107” markalı nəqliyyat vasitəsi iki “Mercedes” markalı nəqliyyat vasitəsi ilə toqquşaraq aşıb. Toqquşma nəticəsində “VAZ-2107” markalı avtomobildə baş vermiş yanğın zamanı sürücü və sərnişin hadisə yerində həlak olub. Faktla bağlı araşdırma aparılır.

***

22.15

Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, 3 avtomobilin toqquşması nəticəsində 2 nəfər yanaraq ölüb. Əraziyə yanğınsöndürən avtomobillər cəlb edilib.

Oxşar Xəbərlər