İsveçli aktyor Stellan Skarsqard ABŞ prezidenti Donald Trampın Qrenlandiya üzərində ərazi iddialarını sərt tənqid edib.
32gun.az bildirir ki, Bu barədə Independent nəşri məlumat yayıb.
74 yaşlı aktyor Trampın Danimarkadan Qrenlandiyanı ona vermək tələblərini absurda bənzədib. Skarsqard bildirib ki, ABŞ prezidentinin davranışları reallıqdan uzaqdır və təhlükəli ambisiyalarla müşayiət olunur.
“Bu, özünü böyük görmə xəstəliyinə tutulmuş kiçik bir insandır və dünyanı ələ keçirməyə çalışır. O, qəfil Venesuelanı ‘ələ keçirdi’ və bütün bunlar Chevron adlı enerji şirkəti naminə edildi. Qrenlandiyanı isə faydalı qazıntılar axtarışı üçün ələ keçirmək istəyir. O, cinayətkardır”, – deyə “Duna” filminin ulduzu bildirib.
Aktyorun sözləri Trampın Venesuela prezidenti Nikolas Maduronun danışıqlardan əvvəl hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı mövqeyinə və ABŞ-ın neft nəhəngi Chevron-un Venesueladakı fəaliyyətinin genişləndirilməsi planlarına işarə kimi qiymətləndirilir.
Qeyd edək ki, Donald Tramp Qrenlandiyaya “milli təhlükəsizlik” baxımından ehtiyac duyduğunu dafələrlə bəyan edib. Yanvarın 17-də isə o, Qrenlandiyanın anneksiyasına qarşı çıxan bir sıra Avropa ölkələrinə — o cümlədən Danimarka, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və İsveçə qarşı 25 faizlik gömrük rüsumları tətbiq edəcəyi ilə hədələyib.
Xatırladaq ki, daha əvvəl məşhur aktyor Mark Ruffalo da Donald Trampı “dünyanın ən pis insanı” adlandırmışdı.
Nilay