HADİSƏ
Ağır qəza - KamAZ aşdı, xəsarət alan var
İsmayıllı rayonu, H.Əliyev prospektində yol qəzası baş verib.
32gun.az-ın məlumatına görə, hadisə bu gün saat 11.00 radələrində rayonun H.Əliyev prospektində yaşanıb. Vaz-2106 markalı minik maşını ilə KamAZ markalı yük maşını toqquşub. Toqquşmanın təsirindən yük maşını yolun əsas hissəsinə aşıb. Hadisə nəticəsində xəsarət alan yük maşınını sürücüsü xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
ALİ