SOSIAL ÖZ XƏBƏR

Federasiya prezidenti 7 yaşlı uşağın ölümünə səbəb olan samboçu ilə bağlı DANIŞDI

"Məşqçi kimi fəaliyyət göstərən şəxs, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) məşqçilik fakültəsini bitirməli, diplom almalıdır. Çünki həmin şəxsə təhsil aldığı müddət ərzində bu fəaliyyətlə bağlı məlumatlar, qaydalar öyrədilir".

Bu sözləri 32gun.az-a müsahibəsində Azərbaycan Sambo Federsiyasının prezidenti, sambo üzrə 9 dəfə dünya çempionu, polis polkovnik leytinantı Ceyhun Məmmədov deyib. 

Federasiya rəhbəri Mehman Xəlilov aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olmasına münasibət bildirib. 

- Mehman Xəlilovu necə bir insan kimi tanıyırsınız?

- Mehman Xəlilov yığma komandanın üzvüdür, ölkə çempionudur. Avropa Oyunları mükafatçısıdır.  Belə bir hadisənin baş verməsini kim istəyərdi ki? Biz heç vaxt istəməzdik ki, belə bir hadisə olsun. Təbii ki, baş verən hadisə gözlənilən deyldi.  

7 yaşlı uşağın ölümünə səbəb olan məşqçi ilə bağlı məhkəmə QƏRAR VERDİ - VİDEO

- Hadisə ilə bağlı olduğu deyilən, sosial şəbəkələrdə yayılan görüntülərə baxmısınızmı?

- Mən o görüntülərə baxmışam. Düzdür, o görüntülərdə Mehmanın əynində sambo geyimi yox idi. Bu hadisə məşq zamanı baş verib. Mehman özü ADBTİA-nı bitirib. Bir ilə yaxındır ki, Təhsil və Elm Nazirliyinin Sumqayıt üzrə 1 nömrəli məktəbində idman müəllimi kimi çalışmağa başlayıb.  O, bu fəaliyyətə yeni başlamışdı.

- Mehman Xəlilov hazırda yığma komandanın üzvüdür?

- Bəli. o, aprelin 18-dən 21-nə qədər İsraildə baş tutan Avropa çempionatında da iştirak edib. Həmin çempionatda 3-cü yerə layiq görülüb.

-  Bəs yığmanın məşqləri zamanı M.Xəlilov özünü necə aparırdı? Aqressiv biri idi?

- Xeyr, Mehman sakit, söz dinləyən biridir. Mən onu normal bir insan kimi tanımışam. Təəssüflər olsun ki, o videonu görəndə biz də sarsıldıq, bizə də pis təsir bağışladı. Mehmanın yeniyetməyə qarşı göstərdiyi rəftar hər kəsə pis təsir etdi. Azyaşlı ilə bu cür rəftar yolverilməzdir.

Nurlan Şiraliyev

 

Oxşar Xəbərlər