HADİSƏ

İşdən çıxarılan nazirlə bağlı ilginc faktlar: Villalar, xadiməsinə verilən maaş...

İşdən çıxarılan nazirlə bağlı ilginc faktlar: Villalar, xadiməsinə verilən maaş...

Dünən Naxçıvan Muxtar Respublikasının (MR) mədəniyyət naziri vəzifəsindən azad edilən Natəvan Qədimova bir müddət əvvəl evində çalışdığı xidmətçiyə büdcədən maaş verməsi ilə gündəmə gəlib. 

32gun.az xəbər verir ki, həmin olayla bağlı yayılan məlumatda Natəvan Qədimovanın Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun yaxın çevrəsinə daxil olduğu iddia edilir. 

Ötən ay isə mediada Natəvan Qədimovanın dəbdəbəli villaları ilə bağlı məlumat yayılıb. İddialara görə, o nazir vəzifəsinə təyinat alandan bir müddət sonra Naxçıvan şəhərində özünə dəbdəbəli villalar tikdirib. Həmçinin Bakıda özünə lüks mənzil alıb.

Yayılan məlumatlarda Natəvan Qədimovanın Naxçıvanda obyektlərinin olduğu da vurğulanıb. Bildirilir ki, keçmiş nazirin Naxçıvan şəhərinin İstiqlal və Babək küçələrində mağazaları var.

Natəvan Qədimova nazir vəzifəsinə 2015-ci ildə təyin edilib. Həmin ilə qədər isə Mədəniyyət və Turizm Nazirliyində nazir müavini vəzifəsini tutub. 

Naxçıvandakı mənbələr bildirir ki, Muxtar Respublikada yüksək vəzifələrdə əsasən Vasif Talıbova yaxın şəxslər təmsil olunub. Natəvan Qədimova da bu kateqoriyadandır. 

Vasif Talıbov istefa verdikdən sonra onun vəzifədə olan yaxın ətrafının da işdən çıxarılmasına başlanılıb. Prosesin ləng getməsi Vasif Talıbova yaxın şəxslərin rəhbərlik etdiyi qurumlarda ciddi yoxlamaların aparılması ilə bağlıdır. 

Oxşar Xəbərlər