DÜNYA
Mişustin Çinə səfər edəcək
Rusiyanın Baş naziri Mixail Mişustin Çinə rəsmi səfər edəcək.
32gun.az xəbər verir ki, bu barədə Rusiyanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Səfər zamanı hökumət başçısı Çin Xalq Respublikasının sədri Si Cinpin, eləcə də Baş nazir Li Qianq ilə danışıqlar aparacaq.
Həmçinin əlavə edək ki, səfər çərçivəsində, Rusiya-Çin əməkdaşlığının aktual məsələlərinin müzakirəsi planlaşdırılır.
Qeyd edək ki, səfər 23-24 may tarixlərində baş tutacaq.
Nurlan Şiraliyev