SOSIAL ÖZ XƏBƏR

Məhərrəm Qaraşov Şıx çimərliyindəki əməlinə görə cərimələndi

Mayın 25-də Şıx çimərliyində avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb.

32gun.az xəbər verir ki, 77-GK-467 dövlət nömrə nişanlı, "Priora" markalı avtomobilin sürücüsü Qaraşov Məhərrəm Vüsal oğlu müxtəlif manevrlər edərək qaydaları pozub.

Belə ki, 25 may 2023-cü il tarixdə 20:00 radələrində Səbail rayonu, çimərlik ərazaisində avtomobil üçün nəzərdə tutulan yolda 77GK467 dövlət qeydiyyat nişanlı avtomnobilin sürücüsü idarə etdiyi avtomaşınla təhlükəli manevrlər edərək təkərlərdən tük ürpədici səslər çıxararaq cəmiyyətə açıqca hörmətsizlik edib.
M.Qaraşov polis tərəfindən saxlanılaraq, barəsində protokol tərtib edilib. İş məhkəməyə göndərilib. 

Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məhərrəm Qaraşov özünü təqsirli bilməyərək barəsində ədalətli qərar qəbul olunmasını xahiş edib. 

İşə Səbail rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baxılaraq qərar verilib ki, M.Qaraşov İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə edilsin.

Qeyd edək ki, avtosfer.az sürücünün görüntüsünü də yaymışdı. 

Ayxan

Oxşar Xəbərlər