Azərbaycan Beynəlxalq Bankın (ABB) Həmkarlar İttifaqı Təkilatını məhkəməlik olub.
32gun.az-ın məlumatına görə, sözügedən bankın keçmiş əməkdaşı Vasif Bağırov Cəfər oğlu Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
Məhkəmə işinin mahiyyəti Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələrdən ibarətdir.
Vasif Bağırov “Şöhrət” ordeni ilə təltif olunmuş, Prezident təqaüdçüsü, əməkdar müəllim Sona Tağıyevanın oğludur.
Mətbuatda gedən məlumata görə, V.Bağırov 2019-cu ildə də məhkəməyə müraciət edərək 17 il müxtəlif vəzifələrdə işlədiyi “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən qanunsuz olaraq çıxarıldığını bildirmişdi. O bildirmişdi ki, 25 oktyabr 2017-ci il tarixdə isə səhhəti ilə bağlı xəstəxanada müalicə alarkən ona məlumat verilmədən və heç bir hüquqi əsas olmadan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) ilə işdən azad olunub
Ayxan