HADİSƏ

Qubada ağır QƏZA: Ölən və yaralanan VAR - YENİLƏNİB

Bu gün Quba rayonunda baş verən qəzada ölən şəxsin Quba Mərkəzi Rayon Xəstəxanasının əməkdaşı olduğu müəyyən edilib. 

“VAZ 2106” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində dünyasını dəyişən Elnur Kəlbiyev MRX-nin mühafizə xidmətində çalışıb. 

Qəza nəticəsində xəsarət alan digər mühafizəçi Sahil İsayevin vəziyyəti isə orta ağır qiymətləndirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

10.39

Quba şəhərində ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

Əliqulu Nərimanov küçəsində “VAZ 2106” markalı avtomaşınla “Opel” markalı nəqliyyat vasitəsi toqquşub. 

Bildirilib ki, "Vaz-2106"-nı idarə edən sürücü rayon mərkəzi xəstəxanasının mühafizəçisi olub.

Faktla bağlı araşdırmalara başlanılıb. Bizim.media

Oxşar Xəbərlər