Qəbələ rayonu Dızaxlı kəndində yerləşən bağ sahəsinə dəmir turbaları ev sahibinin oğlu oğurladığı məlum olub.
32gun.az xəbər verir ki, Dızaxlı kənd sakini Əlövsət (şərti) Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edərək ona məxsus bağdan dəmir turbaların oğurldığını deyib.
Qeyd olunan hadisə ilə bağlı Qəbələ rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər. Daha sonra Əlövsətdən izahatını alıblar. Bu zaman şikayət edən şəxsin oğlu Ceyhun (şərti) içkili halda atasının izahat yazmasına əsəbləşib, izahata müdaxilə edərək götürüb və əzib.
O, daha sonra atasına nalayiq ifadələr səsləndirdirməyə başlayıb. Polislər onu dəfələrlə sakitləşməyi və işlərinə mane olmağı barədə bildirdirilmələrinə baxmayaraq onlara qulaq asmayıb. Təqsirləndirilən şəxs söyüşlər söymüş, ətrafı dağıtmağa və özünə ziyan vurmağa çalışıb. Ailə üzvləri onu sakitləşmək istəsələrdə bunu bacarmayıblar.
Təqsirləndirilən şəxs məhkəmədə törətdiyi əməldən çox peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini deyib.
Məhkəmənin qərarı ilə, Ceyhun İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 100 (bir yüz) manat məbləğində cərimə edilsin.
Ayxan