"Ərdoğanın Azərbaycana gəlməsi, Azərbaycanda təntənəli şəkildə onun qarşılanması və bir sıra layihələrin yenidən hərəkətə gətirilməsi, imzalanması, o cümlədən müəyyən məsələlərdə daha açıq şəkildə öz fikirlərini bildirməsi, o cümlədən Şuşada konsulluğun açılması erməniləri həddindən artıq narahat edir. Ona görə ki, biz ermənilərə bu günə qədər çox belə humanistcəsinə yanaşmışıq. Torpaq bizim idi, Şuşada aça bilərik, Xankəndində də aça bilərik. Yəni bu tamamilə bizim öz səlahiyyətimizdə olan məsələdir. Torpaq bizimsə biz bilirik nə iş görürük. Amma çox təəssüflər olsun ki, biz ermənilərin bu günə qədər nazı ilə oynamışıq".
Bu fikirləri 32gun.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
"Dəfələrlə verdiyim müsahibələrdə də bunu bildirmişəm və bu erməniləri biz çox sığallamışıq, bunların nazı ilə oynamışıq və bu, məncə yersizdir. Bunlar sırtıq millətdir, bunlar düzələn deyillər.
Bunlar heç vaxt, necə deyərlər, tutduqları məkrli siyasətdən, terrorist təxəyyüllü fikirlərdən sonra bunların Böyük Ermənistan iddiasında yaşamaları bunlara imkan vermirlər ki, bunlar dinc yaşasınlar. Ona görə də bu günə qədər aparılan siyasət, görüşlər, xarici dövlətlərlə görüşlər istər başqa yerdə olan danışıqların heç bir əhəmiyyəti yoxdur. Yeganə bir yolumuz var, ermənilərin vaxt vermişdi, artıq vaxt başa çatır. Cənab prezidentimiz Şuşa, Laçında olarkən bu barədə çox ciddi şəkildə öz fikrini bildirmişdir. Yolları bağlamaq lazımdır. Laçından alt tərəfə buraxmaq lazımdır. Bunlar Xankəndinə axırıncı dəfə ultimatum verilməlidir ki, ya bizdə yaşayırsınız yaşayın, bizim pasportlarımızı qəbul edirsiniz edin, eləmirsinizsə çıxın, cəhənnəm olun gedin. Bunları yenidən antiterror əməliyyatı aparılmalıdır və həmin antiterror əməliyyatı nəticəsində oradakı olan separatçıların necə deyərlər arikanı hansı ki, guya ki, dünya və biz bunların hamısını həbs edib, gətirib doldurmalıyıq, Azərbaycanda bunların cəzası verilməlidir. Bu, Ərdoğanın Azərbaycana gəlməsi, Azərbaycan dövlət başçısının verdiyi ciddi mesajlardan, bu gün Ermənistan çox narahatdır. İkinci bir tərəfdən Ermənistan burda öz ixtiyarı özündə olmayan erməni dığası Paşinyanın yalançı, belə deyək, manever etmələri, Ay mən filan şey edirəm, tanıdım ay nə elədim söhbəti tamamilə yanlışdı, aldadıcı manevrlərdi burda ruslar onları qoymur. Rusiyanın Azərbaycanda guya sülhməramlı adına yerləşdirilmiş ordusu dayanır. Onlar nə qədər ki, ordadır, heç vaxt Azərbaycan torpaqlarında əmin-amanlıq olmayacaq.
Düzgün addımdır ki, biz Laçın dəhlizini bağlamışıq. Onların ixtiyarları yoxdur. Onlar bayrağa atəş açanda hər birini orada məhv edilməli idi. Bunları elə həmin andaca antiterror əməliyyatı başlanıb, onları məhv edib qurtarmalıydıq. Amma çox təəssüf ki, nədənsə bizdə çox böyük humanistlik edirik.
Nəyə görə edirik, hələ onu özümüz də bilmirik, amma mənasız bir şeydir. Bu baxımdan mən fikirləşirəm ki, təcili bizim sərhədlərimizdə baş verən bu cür hadisələrə son qoymaqdan ötəri tamamilə Xankəndi ələ keçirmək, öz torpağımızdır. Bayrağımızı asmaq, konsulu Şuşada yox, elə orda aşmaq lazımdır və artıq Xankəndində yenidənqurma işlərinə başlamalıyıq. Vaxtilə zamanında oradan köçürən insanları öz Xankəndinə qaytarmalıyıq, orada yaşayan ermənilər yaşasın, yaşamayanların hamısını döyüb avtobuslara doldurub aparıb tökmək lazımdır ki, dərənin o tərəfinə getsinlər, canları çıxsınlar. Yaxındır ordan Ermənistana, Laçından o tərəfə, yaxud da bizim Basarlar tərəfə hamısı tökmək lazımdı. Leşini də, dirisini də ölüsünü də. Bunlar bu cür halları görməsələr əl çəkəsi deyillər. Baş verənlərlə bağlı açıq sizə deyim ki, bütün dünyaya bir daha elan eləmək lazımdır ki, bunlar vaxt udurlar, aldadırlar. Heç bir vaxt bunlar sakit oturmayacaqlar. Bunların da arxasında duran Rusiyadır və Rusiya imkan vermir ki, Azərbaycan özünü öz torpaqlarında, millətini, xalqını məskunlaşdırsınlar. İndi bunlar da daha ciddi böyük iştahlar əmələ gəlib ki artıq guya ki, Ərdoğandan Azərbaycan rəhbəri arasında bağlanmış müqavilədən sonra bunlar belə düşünürlər ki, daha ciddi şəkildə Ermənistana təzyiq olacaqdı.
Bu da Şuşa bəyannaməsi var. Bu bəyannaməyə uyğun olaraq həmin qardaş Türkiyə ilə Azərbaycan ordusu öz hərəkətlərini eləməlidirlər antiterror əməliyyatına başlamalıdır və bunu yekunlaşdırmaq lazımdır. Yara varsa, yaranı kəsib, tullamaq lazımdır. Biz bunların nazından 30 ildi oynamışıq, kifayət qədər. Hər halda rəhbərlik bu barədə ciddi düşünür. Mən belə başa düşürəm, artıq aparılan danışıqlar heç bir fayda vermir. Bunların Azərbaycana bir neçə tərəfdən hücum etmələri, hətta onların ayrı planları var ki, guya ki, Şuşanı da alacaqlar, oradan digər yerləri də təzədən qaytarıb alacaqlar. Bu da bilirsiniz ki, Putinlə Paşinyanın axırıncı səfər Moskvada olan görüşlərində aldığı təlimata əsasən gedir və istəmirlər ki, Azərbaycan bu qədər böyük bir qələbədən sonra özü xalqını, öz vətəndaşlarını öz torpaqlarına qaytarsın,orada yenidən işə başlasın".
Ayxan