SOSIAL ÖZ XƏBƏR

"Azərsu" vergi borcu olan iki şirkətlə tender müqaviləsi bağladı

"Azərsu" ASC-nin daha iki tender üzrə  qaliblərini açıqlayıb.

32gun.az xəbər verir ki, "SR AUDİT SOLUTİONS" MMC  "Azərsu" ASC-nin "Cəmiyyətin 2022-ci il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmış maliyyə hesabatlarının yoxlanılması və aparılmış maliyyə-təsərrüfat əməliyyatların qanunvericiliyə uyğunluluğunun təhlili xidmətlərinin satın alınması" ilə bağlı tenderdə qalib seçilərək 218 min 300 AZN AZN qazanıb. 

"DÖNÜŞ-1" MMC isə sözügedən ASC-nin "Azərsu” ASC-nin daxili vəsaiti hesabına sementin satın alınması ilə bağlı tenderdə qalib olub. Bununla da şirkət 58 min 112 manat 64 qəpik qazanıb. 

Maraqlısı isə bundadır ki, hər iki şirkətin dövlətə vergi borcu mövcuddur. 

Əldə etdiyimiz məlumata görə, nizamnamə kapitalı 10 AZN olan "SR AUDİT SOLUTİONS" MMC-nin hazırki vergi borcu 19721.54 AZN-dir. Şirkətin qanuni təmsilçisi Səftər Vəlizadə Vəli oğludur. 

Nizamnamə kapitalı 10 AZN olan "DÖNÜŞ-1" MMC-nin vergi borcu daha azdır. Şirkətin hazırki vergi borcu 893.10 AZN-dir. Şirkətin qanuni təmsilçisi İlkin Quliyev Bəxtiyar oğludur.   

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.

Ayxan

Oxşar Xəbərlər