SİYASƏT ÖZ XƏBƏR

"Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdır" - Deputat Anar İsgəndərov

"Azərbaycanla Ermənistan arasında Qarabağla bağlı münaqişə başlanan gündən etibarən Ermənistan Fransanın yanındadır. Bəzən elə olur ki Ermənistanın ağlına gəlmədiyi cəsarət edə bilmədiyini Fransa deyir. Elə Azərbaycanda hamının dediyi kimi iki bacı canı qəlbdən bir birinə vurulublar. Hansının böyük hansının kiçik bacı olduğu isə bilinmir. Bilinən odur ki hər 2 bacı düz adam deyil. Ermənistan məğlub dövlətdir. 30 il ərzində Ermənistan Azərbaycanla bağlı əlindən gələni etdi torpaqlarımlzl işğal etdi. Min illər boyu Azərbaycanlıların qurub yaratdıqlarını məhv etdilər. Tarixi dini abidəıərini təhqir etdilər. İslamda haram və murdar sayılan heyvanları bizim ibadət yerlərimizə buraxdlıar. Onlara elə gəldi ki bu təhqirlər əzablar işgəncələr guya əbədidir, erməni xalqı qalibdir Azərbaycan isə məğlubdur".  

Ancaq onlar hesablaya bilmədilər ki, bir gün gələcək Ali Baş Komandan öz qərarını verəcək. 17 il ərzində üstündə əsdiyi əsgərinə əmr verəcək. Əmr nədən ibarət olacaq? Əsgər, səbr bitdi! Sən tarixi torpağını azad etməlisən! Erməni işğalçı dəstələrini torpaqlarımızdan qovmalısan! Üçrəngli bayrağımızı bu torpaqlarda asmalısan! Ali Baş Komandan əmrini verdi, əsgər 44 gün ərzində Vətən müharibəsində, zəfər müharibəsində Ali Baş Komandanın əmrini və Azərbaycan xalqının illər boyu arzuladığını etdi. O, düşməni darmadağın etdi. Və düşmən danışıqsız kapitulyasiya bəyannaməsini imzalamağa məcbur oldu.
44 günlük müharibədə Fransa başda olmaqla ədalətin nə olduğunu bilməyən, demokratiya maskasını taxan bu dövlət Azərbaycana əlindən təhdidi etdilər, təzyiq göstərdilər. Amma nəticəsi olmadı. Nə üçün? Çünki, Azərbaycan 90-cı illərin Azərbaycanı deyildi və Azərbaycanı idarə edən, Azərbaycanın Ali Baş Komandanı da 90-cı illərin baş komandanı deyildi. O, dünyanın baş verən proseslərini analiz edən, dümyada dövlətlərin maraqlarını uzaqgörənliklə görən, Azərbaycanın haqqını müdafiə edən dövlətləri, öz ətrafında birləşdirə bilən böyük söz sahibi idi. Onunla müsahibəyə gələnlərin hər birini ustalıqla elə yerinə oturtdu ki, onlar cəsarət edib 2-ci dəfə müsahibə adı altında Azərbaycan dövlət başçısını ittiham etmək fikrinə düşə bilmədilər.

Həyat göstərdi ki, dövlət başçımıza sual verənlər dövlət başçımızdan çox aşağıda dururlar". 

Bunu 32gun.az-a danışarkən Millət vəkili Anar İsgəndərov deyib. 

Deputat qeyd edib ki, Fransa və Ermənistan Qarabağla bağlı böhtanlar atır:

"Təbii ki, müharibədən sonra bir çox dövlətlər o cümlədən Ermənistan, Fransa Qarabağla bağlı nə gecə, nə də gündüz yatır. Böhtan atır, hədələyir, lakin onlara məhəl qoyan yoxdur. 

Bu gün dünyanın siyasi xəritəsində öz sözü, gücü, ordusu olan dünyanın enerji böhranına böyük dəstək verə bilən və bu dəstəyə görə hamı dövlət başçısının qabağında təzim edən Azərbaycan var. Ona görə də Fransa Ermənistana hansı silahları verirsə, versin 44 günlük müharibə göstərdi ki, ən müasir silahlara malik Azərbaycandır. 

Ermənistan bu gün Zəngəzur koridoru,  sülh müqaviləsi ilə bağlı can verir. Bir gün Avropaya bir gün Amerikaya, Rusiyaya tərəf dönür. Azərbaycanın isə bir yolu var- sülh, ədalət, haqq yolu! Biz bu yolla da uğurla gedirik. Hansı dövlətlər olursa, olsun onlar bu gün Azərbaycan üçün qorxu, təhlükə deyil, çünki Azərbaycanın haqqını tanıyan çox ölkə var. Onların da ən birincisi qardaş Türkiyədir. Bizim heç bir dövlətin torpağında, ərazisində gözümüz yoxdur. Ancaq bununla yanaşı biz də heç bir dövlətə imkan verməyəcəyik ki, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirsin. 
May ayının sonu- Cümhuriyyət günü Azərbaycan Prezidenti Laçında bu günü qeyd edirdi. Bütün dünyaya Laçından bəyan etdi, Qarabağda olan ermənilər Azərbaycan vətəndaşlarıdır, onlar Azərbaycan qanunları ilə yaşamaq istəyirlərsə, əlbəttə ki, Azərbaycan dövləti onlar üçün hər cür şərait yaradacaq, əgər separatçı mövqeyində duracaqlarsa, onlara "aman" yoxdur. Çünki, bu torpaq tarixi Azərbaycan torpağıdır. 
Dünya dövlətlərinin problemləri isə çoxdur. Paris şəhəri son aylarda rahat bir gün yaşamır, bir gün "sarı jiletlilər", digər gün "yaşıl jiletlilər" onlara rahatlıq vermir. Onlar öz dərdini çəksinlər. Rusiya isə müharibə içərisindədir. Kifayət qədər itkilərinin olduğunu bütün dövlətlər görür. 

Fransa və digər dövlətlər Ermənistana nə qədər silah istəyirlərsə bağışlasınlar nəticəsi olmayacaq. Vaxtilə Rusiyanın verdiyi silahlar da işə yaramamışdı. 
Əgər Ermənistanın dövlət başçıları ağılla hərəkət etsə,  məncə, Laçın, Zəngəzur koridoru da nəhayət 2 dövlət arasında münasibətlər tənzimlənə bilər. Azərbaycanla Ermənistan arasında qonşuluq münasibətləri bərpa ola bilər. Amma Azərbaycan tərəfi olaraq ermənilərin bizə qarşı qırğınlarını heç vaxt yaddan çıxartmamalıyıq".

Aysel Şirinova

Oxşar Xəbərlər