Türkiyəli məşhur jurnalist Fatih Altaylının "porno" kitabı ilə bağlı dedikləri gündəm yaradıb.
32gun.az xəbər verir ki, jurnalist "youtube" platforması üzərindən canlı yayın açaraq izləyicilərin suallarını cavablandırıb. Yayın zamanı rəfdə yer alan "porno" kitabı izləyicilərin gözündən qaçmayıb. Onlar
"İzləyəni çox gördük oxuyanı ilk dəfədir görürük" deyə şərhlər yazıblar.
Yazılanlara cavab olaraq isə Fatih Altaylı:
"Bu kitabın porno ilə əlaqəsi yoxdur. Maraqlı kitabdır. Gördüyünüz kimi erotizmdən uzaq kitabdır" deyə bildirib.
Fikirlərini məşhur professor Celal Şengör-lə yekunlaşdıran Altaylının "porno izləməyi bizim Celal çox sevir" deməsi izləyicilərin təəccübünə səbəb olub.
Aysel Şirinova