SİYASƏT ÖZ XƏBƏR

"Məni düşündürən Rusiyada yaşayan azərbaycanlılardır" - Millət Vəkili Rüfət Quliyev

"Hazırki məqam Rusiyanın daxilində gedən proseslər ölkənin  "Vətəndaş müharibəsi"nin astanasında olduğunu deməyə əsas verir, bu təhlükəli hal gözləniləndir. Görünür ki, Qərbin bir hissəsi,  yəni xüsusi adamları içəridən işləyib və Priqojinin özü ilə münasibətlər qurub, hansısa şərtlər qoyublar. Bu ssenari onu göstərir ki, buna artıq kifayət qədər hazırlıqlar gedib. Bu hazırlıqların nəticəsidir ki, hərbi məsələlərdə belə problemlər yaranıb".

Bunu millət vəkili Rüfət Quliyev 32gun.az-a Rusiyada çevrilişə cəhd edilməsinə münasibət bildirərkən deyib.  Deputat qeyd edib ki,  Rusiya ordusu Priqojinlə müharibə aparmaq istəmir:

"Fikrimcə, bunun səbəbi insanların, cəmiyyətin son bir ildə  yaranan vəziyyətdən narahatlığı və narazılığı ilə bağlıdır. 

Bir tərəfdən Qərbin iqtisadi maliyyə sanskiyaları, digər tərəfdən gedən müharibə və insan tələfatı narazılıqların mərkəzində dayanır. Deyilənə görə, artıq iki yüz minə yaxın hərbçi həlak olub. 

Bunlar hamsı üst-üstə gəlir və çox böyük neqativ hal yaradır. Zənnimcə, qarşıdakı 3-4 gün ərzində ya Putinə sadiq hərbçilərin də köməyi ilə mövcüd prosesin qarşısı alınacaq, ya da Putinin yaxınında, ətrafında olan ən nüfuzlu insanlardan, onların atacağı addımlardan asılı olaraq  vətəndaş müharibəsi başlaya bilər. 

İndiki hakimiyyətin sakitliklə öz mövqelərini yeridəcəyinə isə inanmıram, bu həqiqətə oxşamır. 

Məni düşündürən məsələ isə Rusiya ərazisində, Moskvada yaşayan azərbaycanlılardır. Sankpeterburqun özündə 300 minə, Moskva və ətraf ərazilərində isə 2 milyona yaxın həmyerlimiz yaşayır. Onların həyatı və problemləri ilə bağlı çox narahatam. 

Təbiidir ki, insan tələfatını heç kəs istəmir. 21-ci əsrdə bu formada insan tələfatı ağılabatan deyil. İstənilən halda hadisələrin hansı istiqamətdə cərəyan edəcəyi qısa vaxt ərzində hər kəsə məlum olacaq. 

Yeni aldığım məlumata görə Moskvanın özü və Moskva vilayətləri kontroterroristik vəziyyəti elan ediblər. Bu isə xoşagələn hal deyil". 

Aysel Şirinova 

Oxşar Xəbərlər