İDMAN

Azərbaycanlı yeniyetmə futbolçular Barselonada təlim keçəcəklər

ASTA (Azerbaijan Sport Talents Academy) Futbol Akademiyası ilə İspaniyanın Barselona şəhərində yerləşən “Marset” Futbol Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalayıb.

32gun.az oxu.az-a istinadən xəbər verir ki, sazişə əsasən, Bakıya gələn ispaniyalı məşqçilər ASTA tərəfindən fərqləndirilmiş 2008-2009-cu il təvəllüdlü 50 istedadlı futbolçu arasında seçim apararaq, təxminən 15-20-sini İspaniyaya aparacaqlar.

Azərbaycanlı yeniyetmələr 4 il ərzində ASTA-nın maliyyə dəstəyi ilə “Marset” Futbol Akademiyasında təlim keçəcəklər.

Bundan başqa, 2024-cü və ya 2025-ci ildə Azərbaycanda növbəti seçimlərin aparılması planlaşdırılır. Həmin vaxt “Marset” Futbol Akademiyasının seleksiyaçıları 2010-2011-ci il təvəllüdlü yeniyetmələrə baxış keçirəcəklər. Həm ASTA, həm də “Marset” tərəfi bununla bağlı öhdəlik götürüblər.

“Marset” Futbol Akademiyasının məşqçiləri Rivero Karlos Arias və Ragel Marmol Felipe iyulun 2-dək Bakı Olimpiya Stadionunda ASTA-nın təklif etdiyi yeniyetmələri sınaqdan keçirəcəklər.

Oxşar Xəbərlər