ÖZ XƏBƏR
"EUROAZER TRADE" MMC Gömrükdə qayda pozdu - Sahibi görün kimdir
"EUROAZER TRADE" MMC məhkəməlik olub.
32gun.az-ın məlumatına görə, sözügedən MMC gömrük qaydalarını "çeynəməkdə" ittiham olunur,
Belə ki, "EUROAZER TRADE" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə (Gömrük Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol hazırlanıb və Nərimanov Rayon Məhkəməsinə təqdim edilib.
Məhkəmə işi hazırda hakim Vüsal Qurbanovun icraatına verilib.
Bildirək ki, "EUROAZER TRADE" MMC-nin qanuni təmsilçisi ETİBAR NƏSİBOV İSMAYIL OĞLU, nizamnamə kapitalı isə 61200 AZN-dir.
Ayxan