Xəbər verdiyimiz kimi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin “Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Tərtər rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri”nin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb. Tenderin qalibi "Real-İnşaat” MMC olub.
Tenderin qalibi olan şirkət vergi borcu (320898.37 AZN) məsələsnə adınlıq gətirib.
32gun.az-a şirkətdən bildirilib ki, hər hansı tender keçirilərkən qaydalara uyğun olaraq vergi borcu ilə bağlı arayış təqdim edilir. Şirkətin vergi borcu olduğu halda tenderə buraxılmır. Yəni, "Real-İnşaat” MMC-nin tender keçirilərkən hər hansı bir vergi borcu olmayıb.
Sözügedən borc müqavilə başa çatdıqdan sonra yazılıb.
Ayxan