ÖZ XƏBƏR

"3 tələbimiz var" - Volodimer Zelenski

Ukrayna Prezidenti Volodimer Zelenski NATO Liderlər Zirvə toplantısının ikinci günündə keçirilən görüşlərdə iştirak etmək üçün sammitin keçirildiyi mərkəzə gəlib.

32gun.az xəbər verir ki, Prezident mətbuata açıqlama verib.

 Zelenski “Gündəmdə üç prioritetimiz var. Hesab edirəm ki, onlardan biri NATO-ya üzv olmaq üçün dəvətdir. Biz tərəfdaşlarımızla eyni nöqtədə görüşmək istəyirik. 

İkinci məqsədimiz ordumuz üçün döyüş meydanında yeni dəstək paketləri əldə etməkdir.  Üçüncü məsələ olaraq  bu gün NATO yolunda Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edəcəyik"  deyə bildirib.

Aysel Şirinova

Oxşar Xəbərlər