"MAN-AGRO" MMC növbəti dəfə məkəməlik olub.
32gun.az-ın məlumatına görə, adıçıkilən şirkət gömrükdə qayda pozduğuna görə barəsində protokol tərtib edilib.
İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə (Gömrük Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) hazırlanmış ptorokol Qusar Rayon Məhkəməsinə təqdim edilib.
Bildirək ki, nizamnamə kapitalı 20 AZn olan şirkətin qanuni təmsilçisi ELNUR MƏNSİMOV ATAŞ OĞLUdur.
05.02.2015-ci ildə dövlət qeydiyyatına alınan şirkətin hüquqi ünvanı Qusar rayonu, Urva kəndidir.
Qeyd edək ki, şirkətin yaydığı məlumatlarda adıçəkilən MMC-nin təsisçiləri kimi, Elnur Mənsimovla yanaşı Əkbər Manafovun da adı çəkilir. "Man-Agro" 2021-ci ildə Rusiyaya alma ixracına görə, icazə verilən 27 müəssisədən biridir.
Lakin 2022-ci ildə AQTA-nın məlumatına əsasən, “Man-Agro” MMC-nin idxal etdiyi “Universal məlhəm” aqrokimyəvi maddəsində kalsium, kalium, maqnezium və fosforun miqdarının normativ tələblərdən artıq olduğu, “Aqrokimya” MMC-nin idxal etdiyi “Agronom Çinko 10” aqrokimyəvi maddəsində bor və dəmir məhsulunun keyfiyyət sənədində göstərilənlərlə uyğunsuz olduğu aşkar edilmişdi.
Ayxan