SİYASƏT ÖZ XƏBƏR

"İnflyasiyanın tənzimlənməsi Azərbaycanın əsas hədəflərindəndir" - Deputat

"Inflasiyanın tənzimlənməsi, optimallaşdırılması Azərbaycan üçün vacib hədəflərdən biridir. Nəzərə alsaq ki, bütövlükdə 2022-ci ildə proqnozlaşdırmada daha çox inflyasiya qeydə alındı. Ümumi inflyasiya səviyyəsi 15%, ərzaq məhsullarında isə 19%-dən çox oldu. Bu baxımından 2023-cü ilin inflyasiyasının optimallaşdırılması əsas hədəflər sırasında idi".

Bu fikirləri 32gun.az-a ölkəmizdə inflasiyanın azalması mövzusunda açıqlama verən Millət Vəkili Vüqar Bayramov səsləndirib.

Onun sözlərinə görə artıq müqayisəli şəkildə rəsmi inflyasiya göstəricisi azalsa da ikirəqəmli inflyasiya arzu olunan deyil. Bu konteksdən 12% yüksək inflyasiya kimi xarakterizə oluna bilər:

"Cənab Prezident tərəfindən də müəyyənləşdirilmiş strategiya ondan ibarət idi ki, inflyasiya səviyyəsinin yenidən birrəqəmli həddə qədər azaldılması mümkün olsun. Bu baxımından gözlənilir ki, ilin sonuna qədər inflyasiya səviyyəsinin səngiməsi və birrəqəmli həddə düşməsi mümkün ola bilər. 

Bu isə birbaşa onunla bağlıdır ki, həm regionda həm də qlobal bazarda inflyasiya səviyyəsi azalıb, məhdudlaşıb. Digər tərəfdən bütövlükdə istehsal edilən məhsulların həcminin artması da yerli istehsal hesabına təminatın güclənməsinə gətirib çıxarır. Bunlar bütövlükdə inflasiya səviyyəsinə təsir göstərən faktorlardandır. Ona görə də Mərkəzi Bank da ilin sonuna qədər birrəqəmli inflyasiyanın əldə ediləcəyi ilə bağlı açıqlama yayıb. 

Gözlənilir ki, xüsusən də regionda inflyasiyanın azalması Azərbaycanda ilin sonuna qədər inflasiyanın birrəqəmli həddə qədər düşməsinə gətirib çıxara bilər". 

Aysel Şirinova

Oxşar Xəbərlər