ÖZ XƏBƏR

Canlı yayın zamanı diqqətsizlik - evi yanacaqdı

Uzun illərdir MS xəstəliyi ilə mübarizə aparan Sərdar Ortac canlı yayın açıb. Yayında izləyicisinin xəbərdarlığdan sonra qazı açıq unutduğunu anlayan müğənni dərhal müdaxilə edərək son anda evini yanmaqdan qoruyub.

32gun.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

İzləyicinin xəbərdarlığından sonra Sərdar dərhal ayağa qalxıb qaz sobasına yaxınlaşaraq " qaz açıq qalıb.. Allah razı olsun. Evi yandıracaqdım" deyə bildirib.

Aysel Şirinova

Oxşar Xəbərlər