Son mövsümü çempion kimi başa vuran "Qalatasaray" transfer əməliyyatına başlayıb və ilk həmləsini Ancelino ilə edib.
"Qalatasaray" rəhbərliyi İkardinin ardından Paredes transferinə diqqət çəkən rəhbərlik, bu transferi bitirmək üçün bütün imkanları səfərbər edib və PSJ cəbhəsi ilə böyük ölçüdə razılaşıb. Lakin 29 yaşlı ulduz futbolçu əvvəlcə İspaniya və İngiltərədən gələn təklifləri dəyərləndirmək istəyir.
Bütün bunlar davam edərkən Paredesin transferi ilə bağlı gözlənilməz bir iddia ortaya atılıb.
32gun.az "A Spor"a istinadən bildiri ki, "Qalatasaray"ın çox istədiyi Leandro Paredes üçün "Fənərbaxça" da hərəkətə keçib.
"Sarı-göylər" ulduz futbolçuya ilk təklifini edərkən, bu təklifin "Qalatasaray"dan daha yüksək olduğu vurğulanıb.
Ayxan