ÖZ XƏBƏR
ABŞ-də fırtına səbəbindən 730-dan çox aviareys təxirə salınıb
Fırtına səbəbindən ABŞ-da 730-dan çox aviareysin təxirə salındığı bildirilib.
32gun.az-ın ABC News-a istinadən verdiyi məlumata görə, ABŞ Federal Aviasiya Administrasiyası şimal-şərq ştatlarında və Atlanta, Denver və Florida hava limanlarında uçuş marşrutlarının yenidən müəyyən ediləcəyi barədə xəbərdarlıq edib.
Nyu-Yorkdakı Newark Liberty Beynəlxalq Hava Limanı və La Guardia Hava Limanı uçuşların ləğvindən ən çox təsirlənən hava limanları olub, Con Kennedi hava limanında isə gecikmələr isə 3 saatı keçib.
Uçuşun ləğvi dünən günorta və axşam New England-dan Nyu-Yorkun yuxarı əyalətinə və Nyu-York, Filadelfiya və Vaşinqton DC-yə tufan xəbərdarlığından sonra baş verib.
Aysel Şirinova