ÖZ XƏBƏR

İsrail və İsveç arasında "Tövrat"la bağlı danışıqlar olub

İsrail, İsveçdə Tövratın yandırılmasının qarşısını almağa yönəlik addımlar atmağa başlayıb.

32gun.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyin məlumat yayıb. Açıqlamaya görə, xarici işlər naziri Eli Kohen etirazın qarşısını almaq üçün isveçli həmkarı Tobias Billström ilə telefon danışığı aparıb. Görüş zamanı Koen bəyan edib ki, İsveçdə Tövratın yandırılması aktı "iki ölkə arasındakı münasibətlərə ciddi zərbə vura bilər.

 Koen həmçinin isveçli həmkarına müqəddəs kitablara ziyan vurmaq təhlükəsinə son qoyulmalı olduğunu bildirərək İsveç hökumətindən "iki ölkə arasındakı münasibətlərə xələl gətirə biləcək bu hərəkətin qarşısını almasını" gözlədiklərini vurğulayıb.

Xatırladaq ki, iyul ayında İsveçdə "Quran-Kərim", "Tövrat" və "İncil"in yandırılmasına razılıq verilməsi etirazlara səbəb olmuşdu.

Aysel Şirinova

Oxşar Xəbərlər