Xəbər verdiyimiz kimi, Mərkəzi Neftçilər Xəstəxanasının "Firewall Fortigate 81F ( FGT81FTK21000935 ) standart lisenziyanın satın alınması" ilə bağlı elan etdiyi tenderin qalibi "RABALON" MMC olub.
50 min manatdan çox (51901.52AZN) vergi borcu olan şirkətlə sözügedən xəstəxana arasında 3.599 AZN dəyərində müqavilə imzalanıb.
Məsələ ilə bağlı Mərkəzi Neftçilər Xəstəxanasının satınalmalar şöbəsinin müdiri Elçin İsmayılov 32gun.az-la əlaqə saxlyaraq sözügedən məsələ ilə bağlı açıqlama verib.
Elçin İsmayılov bildirib ki: “Sizin də bildiyiniz kimi, elan olunmuş tender “Satınalmalar haqqında” Azərbaycan Respublikası qanununa əsasən hazırlandıqdan sonra müvafiq elan verilir. İddiaçılar bu qanunun müvafiq maddələrinə əsasən tender sənədlərini hazırlayıb tenderi elan edən təşkilata təqdim edir. Sözü gedən “Rabalon” MMC də, öz tərəfindən müvafiq vergi orqanından borcun olub-olmaması ilə bağlı sənədləri və digər tələb olunan sənədləri “etender.gov.az” saytı vasitəsilə təqdim edərək tenderə qoşulub. Tender müvafiq qanunun bütün müddəalarına əməl edilərək keçirilib və şərtlərə əməl edərək ən ucuz qiymət təklifi vermiş iddiaçı tərəfimizdən qalib elan olunaraq rəy alınması üçün “Antiinhisar və İstehlak Bazarlarına Nəzarət” dövlət xidmətinə təqdim edilib. Adı çəkilən qanunun 6.2.5 -ci maddəsinə əsasən dövlət qarşısında vergi öhdəliyi olmuş heç bir müəssisə nə satınalan təşkilat tərəfindən qalib elan oluna bilər, nə də müvafiq qurum onu təsdiq edə bilər. “Rabalon MMC”-nin müsabiqə elan olunan vaxtda təqdim etdiyi sənədlərdə heç bir vergi vergi borcu aşkar edilməyib. Bu səbəbdən qalib elan edilmiş və müvafiq satınalma müqaviləsi imzalanmışdır.”
E.İsmayılov sözlərinə davam edərək deyib: “17 apreldə tender elan etmişik və 4 mayda zərf açılıb.
Qanunverciliyə görə, 21 blank günü ərzindı biz buni qiymətləndirməliyik. Biz də yekun protokol hazırlayıb Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərmişik. Antiinhisar da bizdən yenidən sənədləri toplamanızı istəyib. Onlar da Vergi borcunun da əks olunduğu sənədlər 11 iyul tarixində qeydə alıb.
Antiinhisar və Saxlama təşkilatı tərəfindən onların sənədinə müsbət rəy verilib. İyulun 15-də bizimlə müqavilə imzalanıb”.
Ayxan