ÖZ XƏBƏR

Ukrayna ilə Polşa arasında gərginlik

Polşa Xarici İşlər Nazirinin müavini Mularczyk sosial media hesabında Polşa ilə Ukrayna arasındakı son hadisələri dəyərləndirib.

32gun.az xəbər verir ki, Polşa prezidentinin xarici siyasət məsələləri üzrə baş müşaviri Marçin Pşidaçın Ukraynanın dəstəyə görə daha çox minnətdarlıq etməli olması ilə bağlı şərhindən sonra Polşanın Kiyevdəki səfiri Bartoş Çixovskinin dünən Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldığını xatırladıb:

“Digərləri Ukraynanın dağılmağını gözlədiyi vaxtda Polşa ona dəstəkdən imtina etmədi.. Təəssüf ki, bu gün Kiyevdə bəzi insanlar bunu unudurlar. Belə səhvlərə yol verilməməlidir” deyə bildirib.

Oxşar Xəbərlər