ÖZ XƏBƏR

İranda iki gündə 11 nəfər edam edildi

 Son bir neçə gündə İranda narkotiklə bağlı cinayətlərdə günahlandırılan 11 bəluc (Pakistanda, İranda və Əfqanıstanda kompakt halda yaşayan xalq) şəxsin edam edilib.

32gun.az xəbər verir ki, bu barədə Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Məlumata əsasən Zahidan Mərkəzi Həbsxanasında 9-u İran və 2-si Əfqanıstan vətəndaşı olmaqla, ümumilikdə 11 bəluc edam edilib.

Təşkilatın verdiyi açıqlamada  2023-cü ilin əvvəlindən İranda edam edilənlərin sayının 423 nəfərə çatdığı bildirilib.

Aysel Şirinova

 

Oxşar Xəbərlər