SOSIAL ÖZ XƏBƏR

Rövşən Rzayevin sədri olduğu dövlət komitəsi məhkəməlik oldu

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məhkəməlik olub.

32gun.az-ın məlumatına görə, vətəndaş USUBOV EMİN ŞAHMAR OĞLU  dövlət komitəsi ilə bağlı Gəncə İnzibati Məhkəməsinə müraciət edib. 

Məhkəmə işinin mahiyyəti  İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - pensiya təminatı üzrədir. 

Xatırladaq ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdir.

Ayxan 

Oxşar Xəbərlər