ÖZ XƏBƏR

Futbol sevgisi 11 ildir axtarışda olan şəxsin tutulmasına SƏBƏB OLDU

İllərdir qaçaq yaşayan italyan mafiya məhkumu Vinçenzo La Porta azarkeşi olduğu "Napoli"nin çempionluğunu qeyd edərkən çəkdirdiyi fotoya görə yaxalanıb.

32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə La Portanın İtaliyaya ekstradisiya edilərək 14 il həbs cəzası alması gözlənilir. Fotodan mafiya məhkumunun azarkeşi olduğu "Neapoli"nin şərfi və papağını taxdığı  görünüb. 

Qeyd edək ki, illərdir kimliyini gizlədən 60 yaşlı La Portanın italiyanın 100 ən təhlükəli mafiya adamı siyahısında yer aldığı məlum olub.

Aysel Şirinova

 

Oxşar Xəbərlər