SOSIAL ÖZ XƏBƏR

"Azərsu" ASC 87 min AZN-lik tenderdə bu şirkəti qalib seçdi - Kreslo, masa və tumba almaq üçün

"Azərsu" ASC-nin "Təsərrüfat inventarları və ofis avadanlıqlarının satın alınması" ilə bağlı elan etdiyi tender başa çatıb.

32gun.az-ın məlumatına görə, tenderin qalibi "M-KONTAKT" MMC olub. Tərəflər arasında 87.013,02 AZN-lik müqavilə imzalanıb.

Tenderə "Masa, tumba, Kreslo və s" alınması daxildir.

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan "M-KONTAKT" MMC-nin qanuni təmsilşisi MÜBARİZ BAYRAMALIYEV QƏŞƏM OĞLUdur. Şirkət 24.04.2003-cü il tarixində  dövlət qeydiyyatına alınıb.

Ayxan

 

Oxşar Xəbərlər