SOSIAL ÖZ XƏBƏR

“Bakı Baş Səhiyyə Mərkəzi” ndən 700 min manatlıq Döşək ağı, yorğan, balış "alış-veriş"i

“Bakı Baş Səhiyyə Mərkəzi”  “Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələrinə yumşaq inventarların satınalınması" ilə bağlı elan etdiyi tender baa çatıb. 

32gun.az-ın məlumatına görə, tenderin qalibi "VEST SUPPLY" MMC olub. Tərəflər arasında 699.985,44 AZN-lik müqavilə imzalanıb.  

Tenderə görə, mərkəzə "Döşək ağı, Döşək qoruyucu (alez nazik.üstü maxrovka alt qismi pvc,su keçirtməz,tam rezinli,avtoklava və xlora davamlı.), Xəstə kastyumları, Balış, Döşək ortopedik, Yorğanlar, Yaxa kartı, həkim geyim dəsti və.s) alınacaq.

Bildirək ki, nizamnamə kapitalı 20 AZN olan "VEST SUPPLY" MMC-nin qanuni təmsilçisi MURAD RAMAZANOV MƏHƏMMƏDRƏSULOVİÇdir.

Ayxa

Oxşar Xəbərlər