Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi "Əhalinin geri qayıdışı, ərazilərdə dayanıqlı icmaların yaradılması və onların yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili" ilə bağlı elan etdiyi tenderi başa çatıb.
32gun.az xəbər verir ki, tenderin qalibi “Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar Təlim və Resurs Mərkəzi” İctimai Birliyi olub. Qalib seçilən şirkətə 769 085 manat ödəniləcək.
Tender əsasən "İcmalarda təbliğat və təşviqat tədbirləri: Potensial maraqlı tərəflərin (icmalar, yerli qurumlar və digər təşkilatlar) layihədən daha çox xəbərdar olmalarını təmin etmək məqsədilə Layihə tərəfdaşları - yerli icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, özəl sektor nümayəndələrinin və icmaların iştirakı ilə məlumatlandırma, təbliğat və izahat tədbirlərin keçirilməsi: Hədəf ərazilərdə təbliğat fəaliyyətlərinin həyata keçirilməsi üçün müxtəlif alət və metodologiyalardan istifadə edilməsi; Proqram barədə zəruri məlumatları əks etdirən təbliğat vasitələrindən istifadə etməklə potensial benefisiarlar arasında iştirakçılığın təmin olunması, İcmaların məlumatlandırılması və iştirakçılığı proseslərində inklyuzivliyin təmin edilməsi,Aidiyyəti qurumların, vətəndaş cəmiyyəti nümayəndələrinin, donor təşkilatlarının məlumatlandırma sessiyalarında iştirakının təmin edilməsi; (şəhər və rayonda təbliğat və məlumatlandırma tədbirləri)",
Proqramın coğrafi xəritəsinin hazırlanması: Potensial hədəf icmaların müəyyənləşdirilməsi və öyrənilməsi; Proqram çərçivəsində reinteqrasiya tədbirləri ilə əhatə ediləcək məcburi köçkün icmaları ölkənin müxtəlif şəhər və rayonlarında məskunlaşmışlar və həmin icmalarla nəzərdə tutulan işlərin aparılması üçün onların məskunlaşdığı şəhər və rayonlarda təbliğat və təşviqat tədbirlərinin keçirilməsi planlaşdırılır; Şəhər və rayonların adları: Bakı, Abşeron, Sumqayıt, Oğuz, Qəbələ, Mingəçevir, Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, Tərtər, Samux, Daşkəsən, Göygöl, Goranboy, Gəncə, Yevlax, Şəki. (Təqribən 20 şəhər və rayonda proqramın coğrafi xəritəsinin hazırlanması ilə bağlı araşdırmaların aparılması ),
Reinteqrasiya tədbirlərinin təşviqi ilə bağlı seminarların təşkili: Hədəf qruplar arasında Böyük Qayıdışa dair I Dövlət Proqramının əhatə etdiyi reinteqrasiya tədbirləri və prinsiplərinin təşviq edilməsi məqsədilə məcburi köçkün icmaları üçün seminarların təşkili; Burada formalaşdırılacaq icma fəaliyyət qruplarının üzvləri, onların məskunlaşdığı yaşayış məntəqələrinin rəsmiləri, dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəyi nəzərdə tutulur. (Seminarların təşkili.),
İcma səfərbərliyi yanaşmaları: Hədəf məcburi köçkün icmalarının Aktivlər üzrə icma inkişafı və Kənd yerlərinin birgə qiymətləndirilməsi yanaşmalara əsaslanaraq səfərbərliyə cəlb edilməsi. (İcmada səfərbərlik təlimlərinin təşkili.),
İcma iştirakçılığı və gender: İcmalar tərəfindən seçilmiş İcma Fəaliyyət Qruplarının formalaşdırılması; uzunmüddətli icma fəaliyyət planlarının tərtib olunması; fəaliyyətlərin icrasında eyni səviyyədə iştirakını təmin etmək üçün kişi və qadınların bərabər iştirakının təmin edilməsi; (İcma Fəaliyyət Qrupların formalaşdırılması.),
Təlim modullarının hazırlanması (2 ekspertin cəlb edilməsi ilə 1 aylıq xidmət haqqı),
Təlim materialları (hər bir təlim iştirakçısı üçün təlim qovluq paketi (fayl, qeyd dəftəri, qələm, flaşkart, kağız A4, təqdimatlar və s.)) və.s kimi məsələlər daxildir.
Maraqlısı isə bundadır ki, sözgedən QHT Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin elan etdiyi tenderdə necə qalib elan edilib?
İnternet resusrslarında apardığımız araşdırmala zamanı bəlli olub ki, Yasin Dadaşov adlı şəxsin sədri olduğu “Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi” İctimai Birlik Azərbaycan Dillər Universitetinin həyata keçirdiyi tədbirdə icraçı rolunu oynamışdır. Sözügedən tədbir Yapon səfrliyi və ADU arasında bağlanmış müqavilə əsasında gerçəkləşmişdir.
Xatırldaq ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdir.
Ayxan