“Azərişıq” ASC-nin "0,4 kV kabel xətlərinin daşınması üçün zəruri olan dartıcı, birləşdirici və saxlayıcı aksesuarların satın alınması" elan etdiyi tender başa çatıb.
32gun.az-ın məlumatına görə, tenderin qalibi "AMPER" MMC olub. Tərəflər arasında 225.734 AZN-lik müqavlə imzalanıb.
Müqaviləyə əsasən, "Azərişıq" ASC üçün Birləşdirici sıxaclar, Bandaj lenti, sancaq, Saxlayıcı sıxac alınmalıdır.
Bildirək ki, nizamanamə kapitalı 609 min 10 manat olan şirkətin qanu i təmsilçisi XƏYAL SÖHBƏTOV GÜLMƏMMƏD OĞLUdur.

Xatırladaq ki, "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovdur.
Ayxan
