DÜNYA
SON DƏQİQƏ! Bu rayonun merini güllələyib öldürdülər - FOTO
İranın Xuzestan əyalətində Dehdez şəhərinin meri Fərşad Nəqdiyə silahlı hücum olunub.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Xuzestan əyalətinin İzə şəhərində baş verib.
Belə ki, ağır yaralı halda xəstəxanaya çatdırılan mer əməliyyat olunsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Xəstəxanadan bildirilib ki, güllə F.Nəqdinin ayağındakı bud nahiyəsinə dəydiyi üçün güclü qanaxmaya səbəb olub. Əməliyyat zamanı onun bir dəfə ürəyi dayanıb və tibb işçiləri tərəfindən müdaxilə edilib. Amma Dehdez bələdiyyə sədri ağır qanaxma nəticəsində həyatını itirib.
Atışmanın təfərrüatları barədə hələlik heç bir rəsmi açıqlama verilməyib.
Nilufər
![]()