Millət vəkilinin terroristlə fotoları ortaya çıxdı - Toxunulmazlığı LƏĞV EDİLİR (FOTOLAR)
Türkiyə Silahlı Qüvvələrinin 29 aprel 2017-ci il tarixində keçirdiyi əməliyyatda zərərsizləşdirilən 4 terrorçudan biri "Koçero Meleti" kod adlı Volkan Boranın tapılan mobil telefonu təhlükəsizlik qüvvələri tərəfindən yoxlanılıb.
32gun.az Türkiyə KiV-nə istinadən xəbər verir ki, Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində yoxlanılan telefondan HDP Diyarbakır Millət vəkili Semra Güzelin PKK terrorçusu Volkanla çəkilmiş fotoları ortaya çıxıb. Şəkillərin Şimali İraqdakı təşkilat düşərgəsində çəkildiyi deyilir.
Öldürülən terrorçu Volkan Boranın HDP millət vəkili Semra Güzelin eyni vaxtda Harran Universitetinin Tibb fakültəsində oxuduğu və orada tanış olduqları məlum olub.
Volkan Bora universiteti bitirdikdən sonra təşkilata yaxın media orqanlarında müxbir kimi işləyib və sonra terrorçulara qoşulub.
Bildirilir ki, ötən həftə Ankara Respublika Baş Prokurorluğu tərəfindən hazırlanaraq 28 millət vəkilinin toxunulmazlığını ləğv edilməzi ilə bağlı Böyük Millət Məclisinə hesabat göndərilib. Həmin hesabatda Semra Güzelin də adı var.
Nilufər