SİYASƏT ÖZ XƏBƏR

“Saakaşvili özü gətirdiyi yeniliyin qurbanı oldu" - Politoloq

" Azərbaycanda avropa standartlarına uyğun demokratik seçkilər keçirmək mükün olarasa bizi hansı nəticələr gözlədiyini təsəvvür etdikdə həqiqətən də vahimələnirəm.

Gürcüstanda yüksək kürsüdə əyləşən şəxs müaxilfətə yaratdığı bütün imkanlardan sonra seçkilərdə məğlub oldu. Demokratik dəyərləri, azad seçkini, insan haqqlarını ölkəyə gətirən və rüşvətin kökünü qazıyan bir lider gətirdiyi yeniliyin qurbanı oldu".

Bunu 32gun.az-a açıqlamasında politoloq Vasif Əfəndi deyib.

O qeyd edib ki, Saakaşvilinin yaratdığı demokratik mühitin bütün imkanlarından yararlanan İvanişvili hakimiyyətə gələrək Sovet rejiminin mirasını yenidən Gürcüstana qaytardı:

"Hazırda gürcü xalqı demokratik yolla hakimiyyətə gətirdiyi İvanişvilini eyni qayda ilə yola sala bilmir. Eləcə də Azərbaycanda tam azad seçki mühiti yaranarsa radikal dindarlarla yanaşı böyük sayda qərb və Rusiyanın maraqlarına xidmət edən böyük bir ordunun əsirinə çevirilə bilərik. O zaman Azərbaycan üçün xilas yolu hansı model ola biləcəyini düşünərək tək çıxış yolunu parlamentin sırf proporsional seçki sistemi qaydasında formlaşamasında görürəm. Bu vəziyyətdə bizim xarici müdaxilədən qorunmaq imkanlarımız artır və eyni zamanda çoxpartiyalı sistemlə demokratik boşluğu doldura bilərik. Partiyaların yenidən qeydiyyatı zamanı ilk növbədə üzvlərin kontingetinə diqqət etmək lazımdır. 10-15 milli təmayüllü siyasi təşkilatların qeydiyyata alınmasından sonra referenduma gedilərək seçki qanununda  dəyişiklilər edilməlidir. Parlamenti buraxıldıqdan sonra yeni seçki qanunu ilə Azərbaycanda yeni dövrün səhifəsini aça bilərik. Siyasi həyatımızda iştirak edəcək partiyaların milli olmasından əmin olduqdan sonra yeni seçkiləcək parlamnetdə təsadüfi adamlar olamayacaq. Çünki proporsional seçki sistemində millim məclisə düşəcək namizədlər partiyaların təqdim etdiyi siyahılar üzrə olacaq".

Oxşar Xəbərlər