SOSIAL ÖZ XƏBƏR

Dövlət Sosial Müdafiə Fondu icarəyə ofis götürür - 986 min AZN-ə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu "Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması" ilə bağlı elan etdiyi tender başa çatıb. 

32gun.az-ın məlumatına görə, tenderin qalibi HÜSEYNOVA ALMAZ HACI qızıdır. Tərəflər arasında 986.040 AZN-lik müqavilə imzalanıb. 

Müqaviləyə əsasən  Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı üçün 2.200 m(2)-lik ofis sahəsi icarəyə götürülməlidir. 

Xatırladaq ki,  Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri. Sahil Babayevdir.  Dövlət Sosial Müdafiə Fondunun İdarə heyətinin sədri Himalay Məmişovdur.

Ayxan 

Oxşar Xəbərlər