SOSIAL ÖZ XƏBƏR

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə ağcanad toru, plastik pəncərə alınır - 25 min AZN-ə

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Plastik profilli pəncərələrin və tikinti materiallarının satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb

32gun.az xəbər verir ki, tenderin qalibi "Mustafaoğlu Holdinq" olub. Tərəflər arasında 25.347,58 AZN-lik müqavilə imzalanıb.

Müqaviləyə əsasən təhsil ocağı Plastik profilli pəncərə, plastik pəncəər altlıqları, ağcaqanad  toru, ikili açılan mexanizm və.s ilə təmin edilməlidir.

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan "Mustafaoğlu Holdinq"in qanuni təmsilçisi TURAL MUSTAFAYEV ELMAN OĞLUdur.

Xatırkadaq ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudovadır.

Ayxan

Oxşar Xəbərlər