Xəbər verdiyimiz kimi, ötən ay Qazax Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Babaşovun şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi nizamnamə kapitalı 1 AZn olan "LEADS GROUP SUPPLY" MMC-ni 36 min manatlıq (36.000,13 AZN) tenderdə qalib edib.
32gun.az-ın məlumatına görə, Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi növbəti dəfə həmin şirkətlə tender müqaviləsi imzalayıb. Yenə eyni səbəbdən imzalanan müqavilənin qiyməti bu dəfə 37.999,54 AZN-dir.
Bildirək ki, tenderin qalibi olan "LEADS GROUP SUPPLY" MMC-nin qanuni təmsilçisi ƏLİ ƏHMƏDOV VİDADİ OĞLUdur. Şirkətin nizamnamə kapitalə isə cəmi 1 AZN-dir.
Ayxan