SOSIAL ÖZ XƏBƏR

"Azərbaycan Dəmir Yolları" QSC-nin bu müfəttişliyindən 49 min manatlıq müqavilə - Bulyon, qlükoza üçün

"Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidməti Yol Sanitar-Karantin müfəttişliyinin "Dərman, sarğı ləvazimatlarının və materiallarının satınalınması" ilə bağlı elan etdiyi tender başa çatıb.

32gun.az bildirir ki, tenderin qalibi "EPİDBİOMED" MMC olub. Tərəflər arasında 49.157,38 AZN-lik müqavilə imzalanıb.

Tenderə əsasən qurum Ət-pepton aqarı, Ət-pepton bulyonu, Şəkərli bulyon, Saburo bulyonu, Maltoza bulyonu,  Eykman qidalı mühiti, Saxaroza, Qlükoza və.s ilə təmin olunmalıdır.

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan "EpidBiomed" MMC-nin qanuni təmsilçisi MƏMMƏD ƏLİ ƏLİYEV SABİR OĞLUdur.

Ayxan

Oxşar Xəbərlər