Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) "Azərbaycan-Fransız Universiteti üçün maşın və avadanlıqların satın alınması" ilə bağlıı elan etdiyi tender başa çatıb.
32gun.az-ın məlumatına görə, tenderin qalibi "NIMPEX" MMC olub. Tərəflər arasında 353.056 AZN-lik müqavilə imzalanacaq.
Müqavləyə əsasən ali təhsil ocağı Laptoplar, Uzaq məsafəli proyektor, Printer skaner ilə birgə, Yaxın məsafəli proyektor, PC üçün monitor, Fərdi komputer (PC), Stirlinq mühərriki, Portativ Temperatur Su Keyfiyyət Ölçən kimi avadanlıqlarla təmin edilməldir.
Bildirək ki, nizamnamə kapitalı 1010 AZN olan "NIMPEX" MMC-nin qanuni təmsilçisi NATİQ ƏLİYEV CABİR OĞLUdur.
Xatırladaq ki, İyul ayında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru vəzifəsi Vazeh Əskərova həvalə olunub.
Ayxan