Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyətinin " Şamaxı rayonu, Q.Namazəliyev küçəsi, ev 25 ünvanında yaşayan Cəbrayılova Laləzar Mahmud qızına məxsus 8 otaqlı fərdi yaşayış evində və Şamaxı rayon İcra Hakimiyyətinin "Qonaq evi" binasında bərpa işləri" ilə bağlı elan etdiyi tender başa çatıb.
32gun.az xəbər verir ki, Tenderin qalibi "Ahmadoglu" MMC olub. Tərəflər arasında 57.933,52 AZN-lik müqavilə imzalanacaq.
Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan "Ahmadoglu" MMC-nin qanuni təmsilçisi ƏHMƏD MUSTAFAZADƏ VAQİF OĞLUdur.
Xarırladaq ki, Azərbaycan Respublikasının I fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovdur.
Şamaxı rayon icra hakimiyyətinin başçısı isə Tahir Məmmədovdur.
Ayxan