Ankara Böyükşəhər Bələdiyyə (ABB) sədri Mənsur Yavaş qarşıdan gələn yerli seçkilərdə yenidən namizəd olduğunu açıqlayıb.
32gun.az bildirir ki, 30 Avqust Zəfər Bayramı Şənlik Proqramında çıxış edən Mənsur Yavaş bu barədə açıqlama verib:
“Dövlət xadiminə yaraşan şəkildğ, lakin döş nişanı olmadan sədrliyimi davam etdirəcəyəm”.
ABB sədri , "Oğurlayır, amma çalışır anlayışını bu millətin yaddaşından çıxaracağıq.
Oğurluq etmədən də çox çalışmağın mümkün olduğunu hər kəsə göstərməyə davam edəcəyik.
Əziz ailəm, sizə səslənirəm; sizə güvənirəm. İmkanım olsa, mer olmaqda davam etmək istəyirəm.
Dövlət xadiminə yaraşan nişansız sədrliyimi davam etdirəcəm.
Siyasi mübahisələrə sərf etməyə vaxtımız yoxdur.
25 ildir Ankarada yaşanan travmanı yenidən yaşamağa haqqımız yoxdur.
Allah nəsib etsə, dəstək olarsınızsa, İnşallah seçkiyə gəlib daha 5 il sizinlə olacağam.
Biz birlikdə Ankaranı Mustafa Kamal Atatürkə yaraşan, dünya paytaxtları ilə rəqabət aparan bir mövqeyə gətirəcəyik”.
Ayxan